Pornosu yayılan əməkdar artistin statusu əlindən alınır

Rusiyanın əməkdar artisti Nataşa Korolevanın porno xarakterli videoyazıları internetdə yayılmasına daha bir münasibət gəlib.

ANS PRESS-in məlumatına görə, 41 yaşlı ulduzun ailə arxivindən oğurlanan pornoqrafik foto və video çarxları indi də məmurların söz-söhbətinə çevrilib.

İlk olaraq bu barədə Sankt-Peterburqdan olan deputat, hakim “Yedinaya Rossiya” partiyasının üzvü Vitali Milonov danışıb.

Deputat bildirib ki, pornoqrafik xarakterli informasiya internetdə yayıldıqdan sonra o müğənni Nataşa Koroleva və əri “Tarzan” ləqəbli striptizçinin yeniyetmələr olan mərasimlərdə iştrakına qadağa qoyulmasını tələb etməyə hazırdır.

“Bu növ hadisədən sonra müğənni Korolevanın uşaq tədbirlərində iştirakı məhdudlaşdırılmalıdır!”- deyə deputat bildirib.

“Uşaqlarla işləyən örnək olmalıdır. Hamının internetdə baxa biləcəyi videoda isə müğənninin özünə icazə verdiyi hərəkətləri isə heç bir əxlaq norması ilə uyğun gəlmir”- deyə deputat aydınlıq gətirib.

Milonov eləcə də Nataşa Korolevanın əməkdar artist adının əlindən alınması ilə bağlı təcili məsələ qaldırılması məsələsini də ortaya qoymağa hazır olduğunu bildirib.

“Fəxri adın verilməsi xalqın sınağından keçməlidir. Mən başa düşə bilmirəm belə insanlarda bu cür titulları hardan yaranır? Ola bilər bu titullara onları elə özləri kimi insanlar layiq bilir. Videoda hər cür iyrəncliklə məşğul olan adam bizim ölkənin necə əməkdar artisti ola bilər? Sözsüz ki, belələrini bu statusdan məhrum etmək lazımdır. Belə bir anlayış var- Zabit şərəfi. Əgər adi insan içib ağac altında yata bilərsə bunu zabit edə bilməz. Əməkdar artist içib dostları ilə gəzə bilər amma belə video yaza bilməz.”

Milonov eləcə də bu cür fəaliyyətlə məşğul olan etika komissiyasının yaranmasının vacibliyini də vurğulayıb. …read more

From:: ANS