Göyçayda ev yandı

Göyçayda yaşayış evində yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayonun Bığır kəndində vətandaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub.

Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS