Oteldə partlayış oldu

Somalinin paytaxtı Moqadişuda oteldə böyük partlayış olub.

ANS PRESS-in məlumatına görə, təhlükəsizlik qüvvələri xəbər verir ki, partlayış cümə günü Maka Əl-Mukarama otelində baş verib.

Şahidlər otelin qapısının yanında güclü partlayış səsi, bir neçə dəqiqə sonra isə silah səsi eşitdiklərini deyirlər.

Reuters xəbər agentliyi polisə istinadən Əl-Şəbab militant qrupunun döyüşçülərinin binanın içində olduğunu bildirib.

Hücumun məsuliyyətini Əl-Şəbab qrupu üzərinə götürüb. …read more

From:: ANS