Hizbullahdan Əsədə dəstək

Hizbullah döyüşçüləri tərəfindən dəstəklənən Suriya ordusu Livanla həmsərhəd Zəbədani şəhərinin həndəvərlərinə yaxınlaşıb.

ANS PRESS-in məlumatına görə, “Reuters” agentliyi xəbər verir ki, Livanla həmsərhəd bölgədə İran tərəfindən dəstəklənən “Hizbullah” Bəşər Əsədə sadiq qüvvələrə kömək edir.

Suriya dövlət televiziyası bildirib ki, hökumət qoşunları Zəbədani şəhəri ətrafında 10-dək strateji yüksəkliyi ələ keçiriblər.

Xəbərlərdə “bir neçə terrorçuunun öldürüldüyü və onların bazalarının dağıdıldığı” bildirilir. Bu da xəbər verilir ki, öldürülənlərin arasında əcnəbi döyüşçülər də olub.

Qeyd edək ki, Suriya hökumətinə qarşı çıxış edən silahlı qüvvələrin arasında əl-Qaidənın yerli qolu əl-Nüsrə Cəbhəsi də var. …read more

From:: ANS