Kralın yanından Misirə getdi

Ölkəsini vətəndaş qarşıduramsı bürüyən Yəmən prezidentinin növbəti səfərini reallaşdırıb.

ANS PRESS-in məlumaıtna görə, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda olan Yəmən dövlət başçısı Abdrabbuh Mənsur Hadi Misirin Şarm əş-Şeyx şəhərinə səfər edib.

Yəmən dövlət başçısını şəhərin hava limanında misirli həmkarı Abdal Fəttah əs-Sisi qarşılayıb. Ərəb Dövlətləri Liqasına (ƏDL) daxil olan ərəb ölkələri prezidentlərinin iştirakı ilə martın 28-29-u burada sammit keçiriləcək.

ƏDL liderlərinin sammitdə Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin Yəmənə hərbi müdaxiləsi də müzakirə ediləcək.

Qeyd edək ki, Yəməndə aparılan hava hücumları nəticəsində 50-dən çox mülki vətəndaşın öldüyü bildirilir. …read more

From:: ANS