AVRO 2016-nın nəticələri: İngiltərə və Avstriyadan darmadağın (VİDEO)

Ötən gün futbol üzrə Avropa çempionatı – 2016-nın seçmə mərhələsində V turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə C, E və G qruplarında mübarizə aparan komandaların qarşılaşması baş tutub.

C qrupunda son Avropa çempionu İspaniya millisi öz meydanında Ukraynanı sınağa çəkib və 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu tək qol Visente del Boskenin yetirmələrinə 3 xal qazandırıb. Qrupun digər oyunlarında Slovakiya millisi autsayder Lüksemburqa 6:0, Belarus isə Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib.

E qrupunun lideri İngiltərə yığması evdə Litva ilə münasibətlərini aydınlaşdırıb. Unguluslər 4:0 hesabı ilə qələbə qazanıb. Qrupdakı digər oyunlarda Sloveniya öz meydanında San Marinonu – 6:0, İsveçrə isə Estoniya 3:0 hesabı ilə məğlub edib.

G qrupunda keçirilən Monteneqro – Rusiya matçı isə yarımçıq dayandırılıb.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək.

AVRO-2016-nın seçmə mərhələsi, V tur
C qrupu
İspaniya – Ukrayna – 1:0
Qol: Morata, 28

Slovakiya – Lüksemburq – 3:0
Qollar: Nemeç, 10, Veiss, 21, Pekarik, 40

Makedoniya – Belarus – 1:2
Qollar: Traykovski, 9 – Kalaşev, 44, Bordaçev, 82

E qrupu
İngiltərə – Litva – 4:0
Qollar: Runi, 7, Uelbek, 45, Sterlinq, 59, Kane, 73

İsveçrə – Estoniya – 3:0
Qollar: Şar, 17, Xaka, 27, Seferoviç, 80

Sloveniya – San-Marino – 6:0
Qollar: İliçiç, 10, Kampl, 49, Struna, 50, Novakoviç , 52, Lazareviç, 73, İliç, 89

G qrupu
Monteneqro – Rusiya – 0:0 (Yarımçıq dayandırıldı)

Lixtenşteyn – Avstriya – 0:5
Qollar: Harnik, 14, Yanko, 16, Alaba, 59, Junuzoviç, 75, Arnautoviç, 90+3

Moldova – İsveç – 0:2
Qollar İbrahimoviç, 43; 84-pen …read more

From:: ANS