Günün bürcü: mübahisə ehtimalı var

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən vaxtınızı işə sərf edin.

Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin. Belədə gün sizdə razılıq hissi yaradacaq.

Hansısa çətin işi təşkil etmək, yükü və həll olunası nüansların sayının artırılması cəhdləri uzun-uzadı, faydasız müzakirələrə səbəb ola bilər.

İnformasiya axtarışı ilə bağlı gözlənilməz tələbat yarana bilər.
Şəxsi münasibətlərdə ehtiyatlı olun, çünki mübahisə ehtimalı var.

Buğa – Fobos və Deymos bu gün sizdən ifrat tənqidə varmamağı tələb edlir. Hətta dəyişikliklərə ciddi ehtiyac duyulduğu görünsə də, soyuqqanlı olun. İşdə həmkarlarınız, evdə isə yaxınlarınızın qəlbini sındırmadan situasiyaya təsir imkanlarını arayın.

Müdriklik, praktik davranış sizə zamandan maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək.
Yanınızdakı insanlar tənbəllik və ya ətalətlidirsə, irəliyə doğru gedin.

Perspektivlər genişlənir. Mühüm məsələni tez həll etmək, nə barədəsə razılığa gəlmək, gərəkli informasiyanı almaq olar.
Müəyyən maraq sizi yola çağıra bilər.

Sizdən uzaq olan tanışlarla yazışın, onlardan birinə zəng vurun.

Əkizlər – yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə yetirlməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş edəcəklər.

Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları dəqiqləşdirin.

Valideynlərə və ya qohumlardan birinə yardım gərək ola bilər.

Şəxsi münasibətlərdə təşəbbüs istənilən effekti verməyəcək. Emosiya və hisslərdə müəyyən durğunluq var.
Axşam saatlarını özünüzə ayırın.

Xərçəng – bu gün ön planda iş və yalnız iş norlmalıdır. Əsas diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan informasiyanı sistemləşdirin.

Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların sakitləşdirlməsi üçün əlverişli gündür.
Yaxınlarınızla münasibətlərdə böyük mövzuların müzakirəsinə ehtiyac yarana bilər.

Ailənin yaşlı üzvlərinə daha çox diqqət ayırın. Qarşılıqlı anlaşma, müxtəlif yaşlı insanlar arasında münasibətlərdə səmimiyyətdə problemlərin yaranması istisna deyil.

Səfərlərdə diqqətli olun. Hər şey barədə dərhal düşünüb kompleks qərar verməyə tələsməyin. Təhlükəsizliyə …read more

From:: ANS