Bakıda evin tavanı uçdu, ailə küçədə qaldı (VİDEO)

Paytaxt məhəllələrinin birində yaşayış evinin tavanı uçub. 6 nəfərlik ailənin yalnız ağbirçəyi ürək edib bu təhlükəli vəziyyətdə olan evdə qalmağa üstünlük verir. Qalan ailə üzvləri isə qonşulara sığınmaq məcburiyyətində qalıb.

ANS TV-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, döngə 1, ev 136-da yaşayış evinin tavanı uçub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Yalnız mənzilin çılçırağı və televizor uçqunun altında qalıb. Hadisənin baş verdiyi mənzildə 5 nəfər yaşayır. Vəliyevlər ailəsinin indi yalnız bir üzvü evin ağbirçəyi təhlükə altındadır. Səbəb isə məlum hadisədir. Ailənin digər üzvləri isə qonşulara pənah aparıb.

Deyirlər ki, burada uçquna səbəb məhz aramsız yağan yağışlardır. Ailə aztəminatlı olduğundan dəfələrlə problemin həlli üçün müvafiq qurumlara da müraciət edib.

“Martın 24-ü səhər saatlarında yağan yağış nəticəsində evin tavanı uçdu. Cəld uşaqları evin pəncərəsindən qonşuya çıxardıq”, – deyə ağbirçək Ceyran Vəliyeva bildirib.

Digər otağın tavanı da uçmaq təhlükəsilə üz-üzədir. Buna görə də ailə üzvü Şahin Vəliyev burda yalnız dirəklərdən istifadə etmək məcburiyyətində qalıb.

“Əvvələr belə bir hal baş verməyib. Bir müddət öncə evin tavanının təmir etdirmişdim. Sadəcə olaraq evin dam örtüyü yararsız vəziyyətdədir”, – deyə şikayətçi Şahin Vəliyev qeyd edib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, yaxın günlərdə problem araşdırlacaq.

…read more

From:: ANS