Rəşad Sadıqov: “Uşaqlar alışıb yanırlar”

“Bu oyunun asan olmayacağını başa düşürük. Uşaqlar özlərini göstərmək üçün alışıb yanırlar. Rəqibin Gürcüstanla oyununu analiz etmişik və müdafiədə necə yaxşı oynadıqlarını görmüşük. Asan olmasa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.

ANS PRESS-in məlumatına görə, bu sözləri milli komandamızın üzvü Rəşad Sadıqov deyib.

Sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransına qatılan kapitan azarkeşlərə çağırış edib:

“Hamı milliyə görə birləşməlidi. Bizim sizin dəstəyinizə ehtiyacımız var. Sizi də başa düşürəm. Amma bizi oyundan sonra tənqid etsəz, yaxşı olar. Azarkeşləri də çağırıram ki, bizə dəstək olsunlar”. …read more

From:: ANS