Xəstəliklərin kəskinləşdiyi aylar gəlir (VİDEO)

Yaz aylarında xroniki xəstəliklər kəskinləşir.

Mart ayı yazın ilk ayı olduğundan elə bu ayda insanlarda olan əksər xroniki xəstəliklər kəskinləşir. Yazda soyuqdəymə xəstəliklərin, virus infeksiyaların, nəfəsalma sistemi xəstəliklərin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəifləmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir. Yazda ələxsus allergik xəstəliklər də kəskinləşir. Bu xəstəlikləri olan insanlar, əvvəlcədən həkimlə məsləhətləşməli və lazım olan müalicəni alması tövsiyyə olunur.

“Bu aylarda hamilə qadınların və yaşlı insanların özlərini qoruması çox vacibdir. Çünki, bəzi, yəni ürək-damar xəstəlikləri məhz bu aylara təsadüf edir. Ona gərə də insanlar daha diqqətli olmalıdır. Digər allergik xəstələrdə ciddi problemlər əmələ gəlir ki, belə xəstələr əvvəlcədən müxtəlif müalicə kursu qəbul etməlidirlər”, – deyə həkim Adil Qeybulla bildirib.

Həmçinin, bu fəsildə xroniki mədə-bağırsaq sistemi xəstəlikləri də geniş füsət alır. Xüsusilə bu qastrit və 12 barmaq bağırsağı xorası xəstəliyi kimi xəstəliklərinə aiddir. Psixoloqlar hesab edir ki, əsəb və sinir sistemi üçün ən kritik dövr soyuq fəsillər deyil, əksinə məhz yaz fəslidir.

“Necə ki, qışın gəlişilə ağaclar yarpaqları tökür, eləcə də insan orqanizmində də bir sıra fizioloji və psixoloji proseslərin gedişatında dəyişikliklər baş verir. Ona görə də yazda hər bir şeyin təzədən başlanması əslində daha çox kimyəvi proseslərlə bağlı bir məsələdir”, – deyə psixoloq Elmir Əkbər qeyd edib.

Bu dövrlərdə həkimlər yaxşı qidalanmaq, tez-tez açıq havada olmağı tövsiyyə olunur. Həkimlər eyni zamanda yazda sağlam insanların əksəriyyətinin avitaminozdan əziyyət çəkdiyini nəzərə alaraq, yarmalar, meyvə-tərəvəz, göyərti, balıq, ət, süd məhsullara qidalanmada üstünlük vermələrini məsləhət görür.

Vaxtından əvvəl becərilmiş , gübrəli qidalardan isə bacardıqca uzaq olun. Odur ki, öz sağlamlığınızın qayğısına özünüz qalın ki, sonradan peşiman olmayasınız.

…read more

From:: ANS