Avtoritetlərin davası: 3 ölü (VİDEO)

Moskvanın şərqində üç nəfərin meyidi yanmış avtomobildə aşkar edilib.

ANS PRESS-in məlumatına görə, “Reno Loqan” və “Nissan Primera” avtomobillərinin alışması haqqında polisə çağırış gecə saat 3-də daxil olub.

Alovun qarşısını on dəqiqədən sonra ala biliblər. Avtomobillərə baxış zamanı salonda üç insanın cəsədi aşkarlanıb. Cəsədləri tanımaq mümkün olmayıb. Polis ehtimal edir ki, ölənlərin cəsədləri kriminal qruplaşmaların üzvlərinə aiddir. Elə hadisəyə də səbəb kriminal qruplaşmalar arasında mübarizənin nəticəsidir.

Moskva polisi araşdırmalara başlayıb.

…read more

From:: ANS