“Mercedes”dən yenilik (VİDEO)

“Mercedes-Benz” yolsuzluq bestellerinin davamına xüsusi diqqət yetirib.

ANS PRESS-in məlumatına görə, yeni GLE maraqlı anlarını daha cəlbedici qabaq və arxa qurtaracaqlarda və miqyaslı göstəricilərində birləşdirir.

Bu yeni modeli tullantılar və yanacaq sərfiyyatında digərlərindən fərqləndirir. Yeni GLE yanacaq sərfiyyatı və CO2 tullantılarına görə ortalama 17 faiz digərlərindən daha sərfəlidir.

Lakin yeniliklər bununla da bitmir. Tarixində ilk dəfə olaraq “Mercedes-Benz” yolsuzluq avtomobili maksimal və yüksək effektli fərqi ilə GLE 500 E 4MATIC hibrid modelini təqdim edir. Bu multi talant yanacaq sərfiyyatında çempion olan dördsilindirli GLE 250 D dizel mühərrikli modeldən belə aşağı göstəricilər təqdim edir və bundan əlavə V8 performansı göstərərk yolda da daha yaxşı özünü aparır.

Yeni GLE-nin özəlliklərindən biri də yüksək səviyyəli təhlükəsizlik göstəriciləridir.

2016-cı ildə satışa çıxarılacaq Mercedes-AMG GLE 63 4MATIC və GLE 63 S 4MATIC modellərinin dünya üzrə video təqdimatını ANS PRESS avtosevərlərin diqqətinə çatdırır.

…read more

From:: ANS