Bu sual məşhur ilahiyyatçını özündən çıxardı (VİDEO)

Türkiyənin tanınmış alimi, professor, ilahiyyatçı Nihat Hatipoğlu canlı yayımda əsəblərini cilovlaya bilmədi.

ANS PRESS-in məlumatına görə, Türkiyənin ATV telekanalında “Dosta doğru” proqramı zamanı verilən sual ilahiyyatçını özündən çıxarıb. Veriliş zamanı ona ünvanlanan suallardan birində deyilirdi: “Həzrəti Həmzəni öldürən vəhşiyə “Həzrət” demək doğrudurmu?”.

Hatipoğlu isə cavabında “Əlbəttə, deyilməlidir. Sənin nə həddinə ki, onun haqqında belə danışırsan?! Ədəbli olmaq lazımdır. Hətta keçən veriliş zamanı biz onun haqqında danışanda “Həzrəti Vəhşi” deyə danışmışdıq. O da peyğəmbərin səhabələrindən olub. Qoyun o, hesabı Allaha versin”, – deyə cavab verib.

…read more

From:: ANS