Duş üçün hamama girdi, ana oldu (FOTO)

Hamilə olduğundan xəbərsiz olan 19 yaşlı qız duş qəbul edən zaman ana olub.

ANS PRESS-in məlumatına görə, Gemma Armstronq adlı amerikalı qız qarnında ağrılar hiss etsə də, buna əhəmiyyət verməyib və duş qəbul etməyə gedib. Bu zaman onun sancıları şiddətlənib. Qızın köməyinə qaçan anası və bacısı körpəni görəndə şoka düşüblər.

Jurnalistlərə müsahibə verən gənc ana uşağının atasının kim olduğunu bilmədiyini deyib. “Qarnım ağrıyanda qida zəhərlənməsi olduğunu düşündüm. Buna görə də xəstəxanaya getmək istəyirdim. O günə qədər hamilə olduğumu bilmirdim. Xəstəxanaya getməzdən əvvəl isə duş qəbul etmək istədim. Həmin vaxt da doğdum. Uşağa ən çox mən təəccüblənmişəm”, – deyə Gemma Armstronq bildirib.

…read more

From:: ANS