Avropada milli həyacanı

Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start veriləcək.

ANS PRESS-in məlumatına görə, bu gecə 3 qrupda 9 oyun baş tutacaq.

C qrupunda İspaniya Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər iki oyununda Slovakiya Lüksemburqu, Makedoniya Belarusu sınağa çəkəcək.

E qrupunda İngiltərə Litvanı, İsveçrə Estoniyanı qəbul edəcək. Digər matçda isə Sloveniya doğma meydanda San Marino ilə qarşılaşacaq.

G qrupunda Rusiya Çernoqoriyanın qonağı olacaq. İsveç millisi rəqib meydanında Moldova ilə üz-üzə gələcək. Avstriya isə səfərdə Liхtenşteynlə qarşılaşacaq.

Qeyd edək ki, bütün oyunlar eyni saatda başlayacaq.

AVRO-2016
Seçmə mərhələ
27 mart

C qrupu
23.45 İspaniya – Ukrayna
23.45 Slovakiya – Lüksemburq
23.45 Makedoniya – Belarus …read more

From:: ANS