Pakistan vəhabi kralı məyus etdi

Pakistan vəhabilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin koalisiyasına qoşulması məsələsinə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Səud rejiminin uzun illərdir müttəfiqi olan Pakistan Yəmənə qarşı hərbi əməliyyatlara başlayan koalisiyaya daxil olmayacağını bildirib.

Pakistanın müdafiə naziri Kavaca Asif parlamentə “nəyin bahasına olursa olsun” İslamabadın Səudiyyə Ərəbistanının ərazi bütovlüyünü müdafiə etməyə hazır olduğunu, ancaq təriqət müharibəsində iştirak etmək istəmədiklərini bildirib.

Qeyd edək ki, Yəməndə hakimiyyətin ələ keçirilməsi ilə nəticələnən üsyandan sonra Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi koalisiya yaradaraq şiə hüsilərin mövqelərinə hava zərbələri endirməkdədir. …read more

From:: ANS