Əsəd Qərbi suçladı

Ukraynada baş verən hadisələrlə Suriya böhranı arasında əlaqə və oxşarlıq var.

ANS PRESS-in məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd bildirib.

O deyib ki, hər iki ölkə Rusiya üçün mühüm əhəmiyyət kəsb edir və hər iki ölkədə baş verən hadisələrin hədəfi Rusiyanı zəiflətmək və kukla dövlətləri yaratmaqdır: “Qərb Suriyanın və Ukraynanın işlərinə qarışaraq eyni ssenari üzrə hərəkət edir.”

Prezident jurnalistlərlə söhbətində vurğulayıb ki, Qərbin Suriyada hakimiyyəti dəyişmək cəhdləri onilliklərlə davam edir. Mən ölkə rəhbəri kimi Suriyaya edilən kənar təsirlərə qarşı duracağam. Çünki istənilən dövlətin və onun rəhbərinin vəzifəsi xalqın və ölkənin maraqlarını müdafiə etməkdir. Sözsüz ki, dövlətin rolu bu maraqları reallaşdırmaqdan ibarətdir. …read more

From:: ANS