MTN-lə bağlı sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, nazirliyin aşağıdakı əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə təltif ediliblər:

III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Çovdarov Akif Teymurxan oğlu – general-mayor

Mahmudzadə Elşad Bilal oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Ağakişiyev Vahid Balazayir oğlu – polkovnik-leytenant

Əliyev Rüfət Yaşar oğlu – tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu – baş leytenant

İbayev Zabil Nəsir oğlu – mayor

Məmmədov Yasin Seyfulla oğlu – ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu – polkovnik

Sultanov Şahin Sultan oğlu – general-mayor

“İgidliyə görə” medalı ilə

Əsədov Amal Məhəmmədəli oğlu – kiçik çavuş

Mahmudov Ceyhun Ələkbər oğlu – baş leytenant

Mövsümov Azər Adil oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Abbasov Mövlud Həsənqulu oğlu – mayor

Ağaverdiyev Pərviz Yaqub oğlu – kapitan

Cabbarov Turac Vaqif oğlu – kapitan

İbrahimov Mürsəl Qorxmaz oğlu – polkovnik

Quliyev Bəhruz Yusif oğlu – kapitan

Rzayev Tural Məmməd oğlu – kapitan

Seyidov Cavid Mircəfər oğlu – polkovnik-leytenant. …read more

From:: ANS