İranla “Altılıq” anlaşır?

İran ilə ABŞ arasında nüvə danışıqları bu gün İsveçrədə davam etdirilir.

ANS PRESS-in məlumatına görə, danışıqlarda bildirilib ki, texniki məsələlər üzrə “ümumi anlaşma” əldə olunub.

ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan əvvəl ötən gün Lozanna şəhərində görüşüblər.

ABŞ rəsmiləri martın 31-dək sazişin əldə edilməsinin mümkün olduğunu, ancaq qeyri-müəyyənliyin qaldığını söyləyiblər: “Vaşinqton və tərəfdaşları İranın uranın zəngiləşdirilməsində istifadə etdiyi və nüvə başlığı üçün əsas material olan sentrifuqaları azaltmasını istəyir.”

İran isə nikbin davranaraq “altılıq”la iki ildir nüvə proqramının məhdudlaşdırılması və bunun əvəzində sanksiyaların yumşaldılması üçün razılaşma əldə etməyə çalışır.

Xatırladaq ki, çərçivə sazişinin əldə olunması üçün qoyulan vaxt martın 31-də başa çatır. …read more

From:: ANS