Bu yol tam açıldı (VİDEO)

Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində nəqliyyatın hərəkəti tam təmin olunub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Dilarə Əliyeva küçəsinin Keykab xanım Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan 1370 m hissəsində beton səki daşları mərmər səki daşı ilə əvəzlənib.

Yeni asfalt-beton örtük döşənərək yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri həyata keçirilib.

Digər yolda isə təmir işləri yekunlaşıb. P.Mürsəliyevin sözlərinə görə, Babək prospektinin və Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açıqdır.

“Artıq Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq yeni salınan hissədə dönmə əməliyyatı edib həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər. Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq mümkündür. Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb”, – deyə P.Mürsəliyev bildirib.

…read more

From:: ANS