Serjin kazino marağı

Ermənistanın “Qraparak” qəzeti ölkə hakimiyyətinin kazinoya böyük maraq göstərməsindən yazıb.

ANS PRESS-in məlumatına görə, yazıda bildirilir ki, kazino oyunlarının paytaxt İrəvandan yığışdırılması hakimiyyət üçün sərfəli deyil. Elə bu məqsədlə tezliklə İrəvanda kazinolar fəaliyyətə başlayacaq, sahibkarlara hüquqi status veriləcək.

Məqalədə deyilir ki, bir neçə il əvvəl kazino fəaliyyətinə son qoyulması haqqında qərar qəbul edilib. Lakin buna ciddi məhəl qoyulmayıb, sadəcə gözdən pərdə asmaq üçün kazinolar şəhərin ucqar yerlərinə, şəhərin “arxa hissəsi”nə köçürülüb. Belə olan halda “kazinoların davamiyyəti”ndə azalma müşahidə olunub. Kazinonun sahibləri yaxın vaxtlarda məsələni təkrar gözdən keçirmək xahişi ilə respublika rəhbərliyinə müraciət ediblər.

Hazırda məsələ müzakirə mərhələsindədir və istisna edilmir ki, qərar sahibkarların xeyrinə qəbul ediləcək. Çünki, indiki hakimiyyət buna maraqlı olduğu üçün məsələnin müsbət həllinə çalışacaq. Ölkədəki siyasi vəziyyət ürəkaçan olmadığı üçün iqtidarda oturan qruplar bundan həm iqtisadi fayda güdür, əlavə gəlir götürmək, həm də imkanlı şəxsləri pis vərdişlərə meylləndirib kazinoya cəlb etməklə onları siyasi proseslərdən uzaqlaşdlrmaq istəyir.

Beləliklə, Ermənistan paytaxtı el arasında İrəvan kimi yox, “kazinolar şəhəri” kimi tanınacaq və ad qazanacaq. …read more

From:: ANS