Nazirlərin yeni görüşü başlayır

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabrın 10-da Türkiyənin Qars şəhərində keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə XİN açıqlama yayıb.

Açıqlamada bildirilir ki, toplantıda üç ölkəni maraqlandıran regional məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan başqa nazirlər arasında ikitərəfli görüşlərin də keçiriləcəyi bildirilir.

Üç ölkənin nazirləri arasında ikitərəfli danışıqların də olacağı bildirilən açıqlamada qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində məsələlər müzakirə ediləcəyi bildirilir. …read more

From:: ANS