Qobustan sakini çoxsaylı bıçaq yarası aldı

Bakının Qaradağ rayonu Qobustan qəsəbəsində ağır cinayət törədilib. Hələlik şəxsiyyəti istintaqla araşdırılan şəxs Yeni massiv adlanan ərazidə qəsəbə sakini 35 yaşlı Kərimov Səbuhi Rəhimxan oğlunu bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan Səbuhi Kərimovu ətrafdan keçən insanlar dərhal 1 saylı xəstəxanaya çatdırıblar. Çox qan itirdiyindən yaralı cərrahi əməliyyat otağına qaldırılıb. Bir neçə saatlıq əməliyyatdan sonra həkimlər onun həyatını xilas edə biliblər. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik ağır olaraq qalır.

Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsi faktı təsdiq edib. Bölmədən verilən məlumata görə, Səbuhi Kərimovu bıçaqlayan şəxsin kimliyi məlum edyil. Onun tutulması istiqamətində bölmə əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirir. …read more

From:: ANS