Neft yenidən ucuzlaşdı

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,16 dollar ucuzlaşaraq 50,27 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiymətində də azalma müşahidə edilib. Brent markalı neftin 1 barelinin qiyməti isə 1,21 dollar azalaraq 57,98 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyata başlaması neft qiymətlərinə təsir edib. Hərbi əməliyyatlardan sonra dünya birjalarında neftin qiyməti sürətlə artmağa başlayıb.

Dünən Brent tipli neftin 1 barrelinin qiyməti təxminən 5 dollar artaraq 59.71 dollara yüksəlmişdi. Texas neftinin qiyməti isə yenidən 50 dolları ötmüşdü. Yəməndə hərbi əməliyyatlar başlanana qədər dünya birjalarında neftin qiyməti ucuzlaşırdı. …read more

From:: ANS