Qubada yanğın

Quba rayonunda yanğın baş verib.

ANS PRESS-in Fəvqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xucbala kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS