Ermənistanda qalmaqal

Rumıniyanın Ermənistandakı səfiri Sorin Vasilie vaxtından əvvəl geri çağrılıb.

ANS PRESS-in məlumatına görə, Rumıniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Sorin Vasilie Ermənistanın Amerika Universitetindəki konfrans zamanı etdiyi çıxışı ilə əlaqədar geri çağrılıb.

Qeyd edək ki, Sorin Vasilie konfrans zamanı antisemitim və homofob bəyanatı ilə diqqəti cəlb etmişdi. Sonradan işlətdiyi ifadələrə görə, səfir üzr də istəmişdi.

Buna görə, Rumıniyanın antisemitizmə qarşı mərkəzi Sorin Vasilienin geri çağrılmasını tələb etmişdi. …read more

From:: ANS