Bakıda yük maşını avtobusa dəydi, hamilə qadın yaralandı

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Xocalı prospektində qeydə alınıb. “SHACMAN” markalı yüş maşını dayanacaqda dayanmış sərnişin avtobusuna çırpılıb. 30 saylı xətt marşrutu ilə hərəkət edən avtobusda hadisə zamanı sərnişinlər olub. Sərnişinlərdən ikisi – 23 yaşlı Qasımova Ləman Asim qızı və 23 yaşlı Vəlihədova Lamiyə Teymur qızı xəsarət alıblar.

Xəsarət alanlardan biri hamilə qadın olub. Hər iki yaralı 1 saylı Xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlara sağ bud çanağının əzilməsi diaqnozu qoyulub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı Xocalı prospekti ilə “SHACMAN” markalı iki yük maşını hərəkət edirmiş. Onların bir-biri ilə sürət yarışına çıxdığı da deyilir. Həmin yük maşınlarından biri uzaqlaşsa da, ikinci avtomaşın qarşıda dayanmış avtobusa çırpılıb. Avtobus dayanacağını taksilər zəbt etdiyindən, avtobus ikinci hərəkət zolağında dayanıbmış. Elə yük maşınının sürücüsü də qəzaya avtobusun ikinci hərəkət zolağında dayanmasının səbəb olduğunu iddia edir.

Məlumata görə, hadisə metronun Xətai stansiyasının qarşısındakı piyada zolağının üstündə baş verib. Həmin vaxt yolda piyada keçirmiş. Ancaq onların arasında xəsarət alan olmayıb.

Avtoqəza ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. …read more

From:: ANS