150 sərnişini öldürən pilot haqda bəzi təfərrüatlar

Almaniyanın Luftanza şirkəti Fransada 150 nəfərin ölümü ilə nəticələnən qəzanın əsas səbəbkarı köməkçi pilot Andreas Lubiçin, əslində, sakit təbiətli insan olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, şirkət rəhbərliyi pilotun keçmişinə dair bəzi təfərrüatlara aydınlıq gətirib.

Şirkətin icraçı direktoru Karsten Şpor qeyd edib ki, pilot 6 il əvvəl uzunmüddətli məzuniyyətə çıxıb. Lakin məzuniyyətdən qayıtdıqdan sonra da o, psixoloji sınaqlardan uğurla keçib.

Bir qədər əvvəl pilotun ekstrimist qruplaşma üzvü olduğu iddia edilirdi. Lakin şirkət rəhbərliyi bu iddiaları təkzib edib. Məlumata görə, Andreas Lubiç əsas pilot təyyarənin idarəetməsini ona tapşırdıqdan sonra kokpitdən çölə çıxıb. Lakin geri qayıdan zaman pilot ona içəri buraxmayıb və təyyarəni eniş aşağı idarə etməyə başlayıb.

Almaniyana kansleri Angela Merkel qəzanın qəsdlə törədilməsi xəbəri qarşısında şoka düşdüyünü bildirib. “Fransa və Almaniya rəsmiləri qəzanın qəsdlə törədildiyini ehtimal edirlər. Bunu qəbul etmək çətindir. Belə bir hadisə heç bir təsəvvürə sığmır. Hadisənin təfərrüatı ilə bağlı məlumatımız azdır. Ona görə istintaqın davam etməsi zəruridir”

Martın 24-ündə baş verən qəza zamanı Airbus A320 tipli təyyarə İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhəri reysi üzrə hərəkət edirdi. Təyyarənin məxsus olduğu Cörmanuinqz şirkəti Luftanza hava yolları şirkətinin tabeçiliyindədir.

Pilotun qəsdlə onlarla insanın ölümünə səbəb olması onun ailəsini də qəzəb hədəfinə çevirib. Almaniya polisi pilotun evini nəzarət altında saxlayır. …read more

From:: ANS