Alimlər bu planetlə bağlı yeni faktlar üzə çıxardı

Alimlər Saturnda bir sutkanın nə qədər davam etdiyini müəyyən ediblər.

ANS PRESS-in məlumatına görə, Günəş sisteminin altıncı planetində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, burada bir sutka əvvəl müəyyən olunan vaxtdan bir neçə dəqiqə daha azdır.

1981-ci ildə “Voyacer-2” cihazı ilə aparılan tədqiqatlar zamanı Saturnda bir sutkanın davamiyyət müddəti 10 saat 39 dəqiqə 22,4 saniyə olub. Lakin 2004-cü ildə Saturna çatan “Kassini”nin hesablamaları bu müddətin 8 dəqiqə daha uzun olduğunu göstərdi – 10 saat 47 dəqiqə 6 saniyə. “Kassini” ilə növbəti dəfə aparılan hesablamalarda isə zaman fərqi bir az da artıb – 10 saat 32 dəqiqədən 10 saat 47 dəqiqəyə qədər.

Belə fərqli nəticələrdən sonra mütəxəssislər Saturnun səthində 1 sutkanın nə qədər davam etdiyini müəyyən etmək üçün planetin cazibə qüvvəsinin də nəzərə alınması şərtilə onun nəzəri modelini yaradıblar. Bu təcrübədə alınan nəticə isə mütəxəssisləri daha çox qane edib – 10 saat 33 dəqiqə. Araşdırmanın iştirakçılarından biri olan Təl-Əviv Universitetindən Ravit Helled bildirib ki, bu nəticə əvvəlki rəqəmlərə daha çox uyğun gəlir, baxmayaraq ki, o, tamam fərqli üsullarla əldə edilib. …read more

From:: ANS