Üçüncü gündə 1 qızıl medal şansı

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

ANS PRESS-in məlumatına görə, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

48 kq
1/8 final – Nadejda Fedorova (RUS) – Patimat Baqomedova 10:0
Təsəlliverici görüş – Patimat Baqomedova – Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq
1/8 final – Alyona Kolesnik – Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final – Natali Rieser ((SUI) – Alyona Kolesnik 0:11
1/2 final – Alyona Kolesnik – Zalina Sidakova (BLR) 8:4
FİNAL – Evelina Nikolova (BUL) – Alyona Kolesnik

69 kq
1/8 final – Martina Kuenz (AUT) – Elis Monolova 8:4 …read more

From:: ANS