ARDNŞ-ın seçimi ABŞ oldu

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Neft və Qaz Emalı, eləcə də Neft Kimyası Kompleksi layihəsinin idarəetmə üzrə müqaviləsini bu günlərdə ABŞ-ın “Fluor Limited” şirkətinə təqdim edib.

ANS PRESS-in xəbərinə görə, bu barədə ABŞ səfirliyindən məlumat verilib. Bildirilib ki, şirkət məbləği açıqlanmayan müqavilənin icrasına bu il ərzində başlayacaq.

“Fluor Limited” layihə meneceri kimi, ARDNŞ-a bu layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.

Şirkətin Avropa, Afrika və Yaxın Şərqdə enerji və kimya məsələləri üzrə prezidenti Tako de Haan təmsil etdiyi şirkətin SOCAR-ın dünyamiqyaslı layihəsinə rəhbər seçilməsindən məmnun qaldığını deyib: “Fluor Limited” hasilat layihələrinin həyata keçirilməsində bacarığını nümayiş etdirib. Şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhdəsindən uğurla gələcək.”

Xatırladaq ki, layihənin icrası “Fluor Limitet”in Böyük Britaniyada yerləşən ofisi tərəfindən yerinə yetiriləcək. …read more

From:: ANS