Türk bayrağını endirən şəxsə şok cəza

Türkiyə bayrağını hərbi hissənin qabağından endirən şəxsə hökm oxunub.

ANS PRESS-in məlumatına görə, Diyarbəkirdə Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissəsinin qabağında Türkiyə bayrağını endirən şəxsə 13 il 9 ay həbs cəzası verilib.

Bayraq endirməkdə günahlandırılan Ömər adlı şəxsə məhkəmə bu gün hökm oxuyub.

Qeyd edək ki, Diyarbəkirdə Türkiyə bayrağının endirilməsi olayı ilə bağlı 3 polis əməkdaşı cəzalandırılmışdı.

Bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. …read more

From:: ANS