Erməni nazirin böyük qorxusu

“Ağ yalan danışır”. Bu məşhur xalq deyimi Ermənistan müdafiə naziri Seyran Ohanyanın jurnalistlər qarşısında çıxışını dəqiq əks etdirir.

Erməni hərbi qulluqçusu Andranik Qriqoryanın Azərbaycan ordusunun tərəfinə keçməsi üzrə xidməti yoxlama yenicə başlasa və cinayət işi təzə başlasa da, Ermənistanın baş hərbi “strateqi” artıq bunun səbəblərini bildiyini iddia edir. “Bu ona görə baş verib ki, hərbçinin ailəsində gərginlik olub və onunla valideynləri arasında münasibətlər yaxşı olmayıb”, – deyə nazir vurğulayıb.

Halbuki, bir az əvvəl erməni jurnalistlər Qriqoryanlar ailəsində olublar. Əsgərin anası danışıb ki, ezamiyyətə gəlmiş oğlu çox narahat olub və söyləyirmiş ki, komandirlərdən onu başqa hərbi hissəyə keçirməyi xahiş edib.

Ohanyan isə zabitlər tərəfindən əsgərə qarşı pis münasibət göstərilməsi ehtimalını tam istisna edib, Qriqoryanın başqa hərbi hissəyə keçirilmək istəyi ilə bağlı suala isə erməni müdafiə naziri, ümumiyyətlə, cavab verməyib.

“Biz qohumlarının, yaxınlarının, xidmət yoldaşlarının yardımı ilə həqiqəti ortaya çıxarmalıyıq və bu barədə bütün cəmiyyətə məlumat verəcəyik”, – deyə o vurğulayıb.

Hərənin öz həqiqəti var. Qriqoryan da Bakıda öz həqiqətini söyləyib: “Mən döyüşmək istəmirəm, mən öldürülmək istəmirəm”.

Həqiqət isə onunla bağlıdır ki, həm Ohanyan, həm də Ermənistanın siyasi rəhbərliyi üçün çox ciddi həyəcan təbili çalınır.

Özü də, Qriqoryanın sözlərinə görə, bir çox gənc ermənilər sadəcə cəbhədən qaçmaq istəyirlər, çünki ölmək istəmirlər. Amma bunu eləməyə qərar verə bilmirlər.

Bilmək olmaz, birdən buna qərar verdilər, bəs, onda “baş strateq” Ohanyan və onun başının ağası Serj Sarkisyan neynəyəcəklər? …read more

From:: ANS