Emenikenin üstündəki sərvət (FOTO)

Bir neçə gün öncə stadionda formasını çıxararaq qalmaqala imza atan “Fənərbağça”lı Emenike görüntüsü ilə təəccübləndirib. ANS PRESS-in məlumatına görə, “Beşiktaş”la oyundan sonra iki günlük icazə alan nigeriyalı Emenike Londonda istirahətdən sonra Türkiyəyə qayıdıb.

Hava limanında ulduz futbolçunu görənlər gözlərinə inana bilməyiblər. Buna səbəb isə onun geyimi olub. Belə ki, futbolçu demək olar ki, üzərində bir sərvət daşıyıb.

İddiaya görə, futbolçu uğursuzluğunu aradan qaldırmaq üçün caduya müraciət edib. 27 yaşlı oyunçunun səfəridə məhz bununla bağlı olub.

Oyunçunun üzərindəki ən ucuz aksesuarı qulaqcığı olub – 270 dollar. “Hublot Rose Gold” saatının dəyəri isə nə az, nə çox 23 800 avrodur.
Qırmızı “Giuseppe Zanotti” markalı ayaqqabılara 3 min,”Dolce&Gabanna” gödəkcəsinə
1695 avro, “Louis Vuitton” çantaya 1560 dollar pul xərcləyib.

Emenike 2013-cü ilsə “Fənərbağça” ilə 4 illik müqavilə imzalayıb. Müqaviləyə görə, o 9.8 milyon avro pul alıb. Oynadığı hər matça görə isə 12 500 avro qazanır.

…read more

From:: ANS