Sərnişin avtobusu minaya düşüb (VİDEO, FOTO)

Ukraynada sərnişin avtobusu minaya düşüb.

ANS PRESS-in məlumatına görə, sərnişinlərlə dolu avtobus martın 25-i axşam saatlarında Artyomovsk-Qorlovka yolunda Mayorsk postu yaxınlığında minaya düşüb.

İlin məlumatlara görə, avtobusun salonunda 26 nəfər olub. Partlayış zamanı 4 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralalılardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Bu barədə xəbəri Donetsk bölgə administrasiyasının mətbuat xidməti təsdiqləyib.

Hadisə şahidlərinin sözlərinə görə, faciə baş verən yerdə çoxlu yaralı var. Buna görə də ölənlərin sayının artacağı gözlənilir. Hazırda hadisə yerində təcili xidmət briqadaları işləyir.

Rusiyanın LifeNews portalı bildirir ki, bu ərazidə Debalsevodan mühasirədən çıxan Ukrayna silahlı qüvvələrinin əsgərləri hər axşam Artyomsk-Qorlovka yolunu kəsirlər. Güman edilir ki, avtobus hərbi postu kənardan keçmək istəyərkən minaya düşüb. Belə ki, əsgərlər kənar yolları minalayır.

…read more

From:: ANS