Səud qüvvələri Yəmənə girdi

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Yəmən ərazisində hərbi əməliyyatlara start verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Səud krallığının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Adil əl-Cübeyr açıqlama verib.

Əl-Cübeyr jurnalistələrə açıqlamasında krallığa məxsus HHQ-nin bir neçə şəhər üzərində reyd keçirdiyini deyib.

“Biz Yəməndə əməliyyat aparmaqla ölkədəki qanuni hökuməti müdafiə edirik”, – deyə səfir sözlərinə əlavə edib.

Səfirin sözlərinə görə, Krallığın Yəməndə HHQ əməliyyatı havadan zərbələrin endirilməsindən ibarət olacaq.

Qeyd edək ki, Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna “Əl-Qaidə” nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husilər arasında döyüşlər gedir. Hakimiyyəti şiə üsyançılar – husilərin əlindədir. Ölkə prezidentinin isə qaçaraq Ədən şəhərinə sığındığı bildirilir. …read more

From:: ANS