Azərbaycanlı müğənni klipə çılpaq çəkildi (VİDEO)

Azərbaycanlı müğənni səs-küy yaradacaq yeni klipini izləyicilərilə bölüşüb.

ANS PRESS-in məlumatına görə, gənc müğənni Ceyla (J-La) Məmmədova “Bilsən” adlı mahnısına çəkdirdiyi yeni klipi sosial şəbəkə vasitəsilə təqdim edib.

Mahnının sözləri Leyliyə, musiqisi isə Erol Hakana məxsusdur. Rejissorluğunu Anar Hüseynovun həyata keçirdiyi klipdə müğənninin imici və obrazları üzərində Elnur Həsənov və Telman Eyzamoğlu işləyib.

Klip rəngarəngliyi ilə seçilir. Xüsusən Ceylanın klipdə yaratdığı duş səhnəsinin uzun müddət danışılacağı gözlənilir.

Sözügedən klipdə həmin səhnəni və klipin tam versiyasını təqdim edirik:

…read more

From:: ANS