Ana və uşaq ölümünə görə cinayət işi açıldı (VİDEO)

Ağdamda doğuş zamanı faciə baş verib. Həkimlərin bütün səylərinə baxmayaraq ana və körpəsini xilas etmək mümkün olmayıb.

ANS TV-nin məlumatına görə, əslən işğal altındakı keçmiş Ağdərə rayonundan olan məcburi köçkün 35 yaşlı Mətanət Həbibova gecə saatlarında vəziyyəti pisləşdiyindən doğum sancıları ilə Ağdam rayon Üçoğlan kənd xəstəxanasına gətirilib. Doğuşda iştirak edən xəstəxananın həkimi Saçlı Qurbanovanın dediyinə görə, qadın xəstəxanaya daxil olarkən artıq uşaq ana bətnində dünyasını dəyişib. Kəskin qanaxma nəticəsində ananın da həyatını xilas etmək mümkün omayıb.

“Cift vaxtından əvvəl qopduğuna görə, uşaq anayla olan əlaqəni kəsib və məhv olub. Cifti çıxardıq. Qanaxmaya qarşı lazım olan bütün tədbir də gördük, amma ananı xilas edə bilmədik”, – deyə Saçlı Qurbanova bildirib.

Hadisə barədə Mətanət Həbibovanın yaxınları danışmaq istəmədilər. Əldə etdiyimiz məlumata görə, bu qadının birinci hamiləliyi olub. Hazırda baş vermiş faktla bağlı Ağdam Rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi işi açılıb, araşdırma aparılır.

…read more

From:: ANS