Prezident ölkədən qaçmayıb

Yəmənin dövlət başçısının qaçması barədə xəbər təkzib edilib.

ANS PRESS-in məlumatına görə, Yəmənin xarici işlər naziri Riyad Yasin Abdullah prezident Əbdurabbu Mənsur Hadinin ölkədən qaçması ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb.

O, ölkə prezidentinin sərhəddən kənara çıxmadığını deyib. Nazir, həmçinin ölkəsindəki problemin müzakirələrlə həll edilməsi yolunda olan bütün ümidlərini itirdiyini sözlərinə əlavə edib.

Bir neçə gün əvvəl ölkədəki vəziyyətin gərginləşdiyindən narahat olan nazir Körfəz ölkələrinə husilərin qarşısını almaq üçün çağırış etməsilə ötən gün Səudiyyə Ərəbistanı ağır hərbi texnikalarını və canlı qüvvələrini sərhədə yığıb.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna “Əl-Qaidə” nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husilər arasında döyüşlər gedir.

Qeyd edək ki, Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığındığı bildirilir. …read more

From:: ANS