Ançelotti Mançesterə gedir

“Mançester Siti” klubunun rəhbərliyi mövsümün sonunda baş məşqçi postunda dəyişiklik etmək fikrindədir.

ANS PRESS-in məlumatına görə, “Mançester Siti” rəhbərliyi Karlo Ançelotti ilə rəsmən danışıqlara start verib.

Hazırda Madrid “Real”ını çalışdıran təcrübəli mütəxxəsisin yayda postundan ayrılacağı istisna edilmir. Əgər “kral klubu” cari mövsümü titulsuz başa çatdırsa, Ançelotti komandadan göndəriləcək. İngilislər də məhz bundan istifadə etmək istəyirlər. Klub rəhbərliyinin fikrincə, “Mançester Siti”ni ancaq Ançelotti Avropa klubuna çevirə bilər.

Qeyd edək ki, Ançelotti “Real”ın baş məşqçisi postunda ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, o, madridliləri İspaniya Kuboku, Avropa Superkuboku və Klublararası dünya çempionatının qalibi edib. …read more

From:: ANS