ABŞ ermənilərə pul ayıracaqmı? (VİDEO)

Hər il olduğu kimi ABŞ hökumətinin müxtəlif dövlətlərə və təşkilatlara büdcədən maliyyə yardımı ayırması məsələsi sabah Konqresdə müzakirə olunacaq.

ANS-in Vaşinqton bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycan, Ermənistan tərəfi də iştirak edəcək. Hər il olduğu kimi, bu il də Ermənistan tərəfinin həm öz ölkəsinə, həm də işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım üçün ABŞ hökumətindən xahiş edəcəyi gözlənilir.

Müzakirələrdə iştirak edəcək Azərbaycan nümayəndələri isə Konqresdən həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə bu yardımın birdəfəlik kəsilməsini istəyəcək. Onlar qondarma Dağlıq Qarabağ respublikasına yardım ayrılmasının Azərbaycanın ərazi bütövlüyunə zidd olduğunu bildirəcəklər.

…read more

From:: ANS