Gözəllik kraliçasına iyrənc ittiham (FOTO)

Yaponiyada 20 yaşlı gözəllik kraliçası Ariana Miyamoto ənənəvi yapon kimi görünməməsinə görə tənqid edilib.

ANS PRESS-in məlumatına görə, Naqasaki sakini “Dünya gözəli” müsabiqəsində öz vətənini təmsil edəcək.

Yaponiyada qalibin geni ilə bağlı qalmaqal yaranıb. Məsələ ondadır ki, Miyamotonun anası-yapon atası isə – afroamerikalıdır.

Müsabiqənin bir çox pərəstişkarları və tənqidçilər “Miss Universe Japan” qalibinin mənşəyinə diqqət yetirirlər. Gözəllik kraliçasının ünvanına artıq irqçi şuarlar səslənir.

Öz növbəsində Miyamoto bildirib ki, o görünüşə görə yapona oxşamaya bilər, amma bununla belə o öz ölkəsinin həqiqi nümayəndəsidir.

Miyamoto Naqasakidə doğulub, ABŞ-da oxuyub və sonra Yaponiyaya qayıdıb.

…read more

From:: ANS