Ukrayna korrupsiyaya müharibə elan etdi (VİDEO)

Ukraynada keçirilən anti-korrupsiya əməliyyatının bir hissəsi olaraq kabinet iclası zamanı iki yüksək rütbəli rəsmi şəxs həbs edilib.

ANS TV-nin məlumatına görə, Ukraynanın dövlət fövqəladə hallar xidmətinin başçısı Serqey Boçkovski və onun müavini Vasili Stoyetskinin əlləri televiziyada canlı yayımlanan iclasda polis tərəfindən qandallanıb. Onlar yüksək səviyyəli korrupsiyada iştirak etməkdə şübhəli bilinir.

Eyni zamanda Ukrayna prezidenti Pyotr Poroşenko Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri İqor Kolomoyskinin tutduğu vəzifədən azad edilməsi haqqında fərman da imzalayıb. Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Valentin Rezniçenko təyin edilib.

Qeyd edim ki, bundan əvvəl Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko Dnepropetrovsk vilayət administrasiyasının məmurlarının Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəklədiklərini bildirmişdi.

Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko artıq ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib.

…read more

From:: ANS