Rusların Gümrüdə yeni hücumu

Ermənistan hökuməti Gümrüdə Rusiyanın 102-ci hərbi bazasına verilmiş əraziləri növbəti dəfə genişləndirmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Joxovurd” qəzeti yazır. Qəzet bildirir ki, bu məsələyə hökumətin martın 26-a nəzərdə tutulmuş iclasında baxılacaq.

“O cümlədən, Gümrü şəhərindəki Lalayan küçəsində 9-cu hərbi məhəlləyə bitişik əraziləri Rusiya tərəfə vermək nəzərdə tutulur. Bu ərazidə rus kilsəsi, həmçinin ona xidmət eləmək üçün ərazi və tikililər yerləşir. Yeri gəlmişkən, sazişdə və ona əlavədə konkret olaraq hansı ərazidən söhbət getdiyi aydın deyil. Yalnız o bəllidir ki, sənədə görə, bütünlükdə, bazanın 22 məhəlləsi var, onların 10-u Gümrüdə, 9-u isə İrəvanda yerləşir”,- deyə “Joxovurd” vurğulayır.

Əslində, rəsmi İrəvanın bu addımı bir növ Serj Sarkisyanın “Avronest” sammitində Rusiyaya qarşı etdiyi səhvləri düzəltmək cəhdindən başqa bir şey deyil. Rusiyanın Ukraynaya qarşı təcavüzü barədə sənədə imza atan Ermənistanın prezidenti həm də Kremli Azərbaycana silah satmağa görə sərt tənqid etmişdi. …read more

From:: ANS