Kamçatkada bir həftədə ikinci belə zəlzələ olur

Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 5,1 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 217 km şimal-şərqdə, ocağı isə yerin 34,3 km dərinliyində yerləşib.

“Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur”, – deyə Rusiya FHN-i vurğulayıb.

Xatırladaq ki, 6 gün əvvəl Petropavlovsk-Kamçatkada 5,2 bal gücündə zəlzələ baş vermişdi. …read more

From:: ANS