Vanda həyəcan sona çatdı

Türkiyənin Van şəhərində banka girərək içəridəkiləri girov götürən şəxsin zərərsizləşdirilməsi sona çatıb.

ANS PRESS-in məlumatına görə, xəstə uşağının müalicə xərclərini ödəyə bilmədiyi üçün bu addımı atdığını bildirən Veysəl Yolçudağ adlı həmin şəxs 9 saatlıq həyəcandan sonra polislər tərəfindən zərərsizləşdirilib.

Həmin şəxs pnevmatik tüfənglə banka girərək əvvəlcə mühafizəçidən tapançanı alıb. Daha sonra ilk mərhələdə girov götürdüyü 7 nəfərdən biri hamilə olmaqla, ikisini sərbəst buraxıb.

Silahlı şəxs bankın binasını mühasirəyə alan polisdən girovları azad etməyin qarşılığında 500 min türk lirəsi və bir helikopter tələb edib.

Nəhayət polisin keçirdiyi əməliyyat nəticəsində heç bir girov xəsarət almadan silahlı şəxs ələ keçirilib.

…read more

From:: ANS