“Acgöz” rahibələr Papanı “yemək istədi” (VİDEO)

Katoliklərin ruhani lideri Napolidə rahibələrin ona göstərdiyi sevgidən heyrətlənib.

ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani lideri papa Fransis ötən günlərdə İtaliyanın Napoli şəhərindəki katedrallardan birinə ziyarət edib.

Papa burada rahibələrin ona qarşı göstərdiyi sevgi nümayişindən heyrətlənib və bəzisindən canını qurtarmaq istədiyi də diqqət çəkib.

Rahibələr katedralda əyləşən papaya hədiyyələrini təqdim etdikdən sonra onun əl-ayağını tutaraq xoş sözlər söyləyiblər. Papa üz ifadəsindən məmnunluq duyduğunu göstərib. Getdikcə izdiham yarandığını görən kardinal Kresenzio Sepe mikrofon vasitəsilə rahibələrə xəbərdarlıq etməli olub.

“Sakit olun. Rahibələr, daha sonra sevginizi göstərərsiniz. İndi sakitləşin. Hələ guya bunlar özlərini manastıra həsr edənlərdir. Bir də bunların özlərini manastıra həsr etməyənləri var. Az qalır ki, Papanı yeyəsiniz”, – deyə kardinalın çıxış etməsi katedraldakıların gülüşünə səbəb olub.

…read more

From:: ANS