Türkiyədə silahlı şəxs 7 nəfəri girov götürdü (VİDEO)

Türkiyənin Van şəhərində silahlı şəxs banka girərək 7 nəfəri girov götürüb.

ANS PRESS-in məlumatına görə, kimliyi açıqlanmayan həmin şəxs xəstə uşağının müalicə xərclərini ödəyə bilmədiyi üçün bu addımı atdığını bildirib.

Həmin şəxsin pnevmatik tüfənglə banka girərək mühafizəçidən tapançanı aldığı bildirilir. Silahlı şəxsin girov götürdüyü hamilə qadını azad edib. Soyğun məqsədi ilə bu addımı atdığını deyən silahlıya və girovlara yemək göndərilib.

Bundan sonra daha iki girov azad edilib.

Bankın binasını mühasirəyə alan polis silahlı şəxsi girovları azad etməyə razılaşdırmağa çalışır.

…read more

From:: ANS