Məşhur idman portalı Bakı Olimpiya Stadionundan yazdı (FOTO)

Ukraynanın məşhur idman portalı “Stadium” Avro-2020-nin oynanılacağı namizəd stadionlar barədə məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, turnirin qrup oyunlarının keçiriləcəyinə potensial namizəd hesab olunan və yenicə istifadəyə verilən Bakı Olimpiya Stadionunun 68 min tamaşaçı tutumuna malik olduğu vurğulanıb.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək Avropa Çempionatının qrup mərhələsinin oyunlarına ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

Avropa Çempionatının keçiriləcəyi arenalar arasında tamaşaçı tutumuna görə “Uembli” stadionu birinci yerdədir. Bu arenanın tamaşaçı tutumu 100 min nəfərdir.

Həmin stadionların görüntülərini təqdim edirik:

1. “Uembli” stadionu (London, İngiltərə)

2. “Bakı Olimpiya” stadionu (Bakı, Azərbaycan)

3. “Alyanz Arena” (Münhen, Almaniya)

4. “Roma Olimpiya” stadionu (Roma, İtaliya)

5. “Zenit-Arena” stadionu (Peterburq, Rusiya)

6. “Amsterdam Arena” (Amsterdam, Hollandiya)

7. “San Mames Barria” (Bilbao, İspaniya)

8. “Brüssel” stadionu (Brüssel, Belçika)

9. “Aviva” stadionu (Dublin, İrlandiya)

10. “National Arena” (Buxarest, Rumıniya)

11. “Hampden Park” stadionu (Qlazqo, Şotlandiya)

12. “Ferenc Puskas” stadionu (Budapeşt, Macarıstan)

13. “Parken Arena” (Kopenhagen, İrlandiya)

…read more

From:: ANS