Argentinada Messi şoku

Argentina millisi ilə ABŞ-da təlim-məşq toplanışında olan Lionel Messi dünən məşqi yarımçıq tərk edib.

ANS PRESS-in məlumatına görə, “Barselona”nın 27 yaşlı hücumçusunun ağrılar səbəbindən məşqi tamamlaya bilmədiyi qeyd olunub.

Onun son durumunun tibbi müəyinədən keçdikdən sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, dünyada ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən nəhəng oyunçusu kimi qiymətləndirilən Messi Qızıl top mükafatını dörd dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını üç dəfə əldə edən ilk futbolçudur. Messi “Barselona”nın heyətində altı dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub. …read more

From:: ANS